Prezident İlham Əliyev Davosda 30-a yaxın görüş keçirəcək | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev Davosda 30-a yaxın görüş keçirəcək

14:05 - 17 / 01 / 2017
Prezident İlham Əliyev Davosda 30-a yaxın görüş keçirəcək

Davos Ümumdünya İqtisadi Forumunda iştirak edən Prezident İlham Əliyevin 30-a yaxın görüşü nəzərdə tutulub.

1news.az-ın məlumatına görə, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov şəxsi Facebook səhifəsində yazıb.

“Dünya İqtisadi Forumu Davosda 47-ci toplantısına başladı. Prezident İlham Əliyev ilk gündən görüşlər keçirir və tədbirlərdə iştirak edir. Dövlətimizin başçısının 30-a yaxın görüşü olacaq. Dünya İqtisadi Forumunun əsas qonaqlarından biri Çin Xalq Respublikasının sədridir. Qərb liderlərinin az iştirakı fonunda bu diqqəti daha çox cəlb edir”- deyə, PA rəsmisi qeyd edib.

1news.az

 

Paylaş:
452

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər