XİN: “Ötən il əsas diplomatik hədəf Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi çərçivəsində həll edilməsi olub” | 1news.az | Xəbərlər
Siyasət

XİN: “Ötən il əsas diplomatik hədəf Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi çərçivəsində həll edilməsi olub”

14:56 - 17 / 01 / 2017
XİN: “Ötən il əsas diplomatik hədəf Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi çərçivəsində həll edilməsi olub”

“Diplomatik fəaliyyətimizin əsas hədəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinə yönələn beynəlxalq səylərin artırılmasından ibarət olub. 2016-cı il də bu məqsədlərə cavab verən bir sıra mötəbər beynəlxalq təşkilatların qərarları ilə səciyyəvi olub”.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2016-cı ilin yekunlarına dair hesabatında qeyd edilib.

Nazirlikdən bildirilib ki, 2-5 aprel 2016-cı il tarixlərində Ermənistanın Silahlı Qüvvələri işğal etdiyi ərazilərmizdəki təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və təmas xəttinə yaxın mülki əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriya və iri çaplı silahlardan intensiv atəşə tutması və hücuma keçməsi nəticəsində 6 mülki şəxs həlak olub və 33 nəfər yaralanıb.

Bu hadisədən sonar 16 may və 20 iyun tarixlərində Azərbaycan və Ermənistan prezidentlərinin müvafiq olaraq Vyana və Sankt-Peterburqda keçirdiyi görüşlərdə münaqişənin tezliklə sülh yolu ilə həlli üzrə substantiv danışıqlar aparılıb.

Lakin buna baxmayaraq 29 dekabr tarixində Ermənistan silahlı qüvvələri vəziyyəti gərginləşdirmək, danışıqları prosesini pozmaq məqsədilə Ermənistan-Azərbaycan sərhədində növbəti təxribat törədib:

“Ermənistanın bu təxribatı nəticəsində itkin düşmüş Azərbaycan silahlı qüvvələrinin hərbçisinin cəsədini Ermənistan tərəfi beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, hələ də qaytarmaqdan imtina edir. Xarici İşlər Nazirliyi Ermənistanın bu təxribatı barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması, cəsədin geri alınması üçün zəruri və təxirəsalınmaz tədbirləri davam etdirir”, - deyə hesabatda qeyd olunub.

Ermənistanın təcavüzkar siyasəti və onun nəticələri haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması üzrə fəal işlər davam etdirilib. Hesabat ili ərzində Xocalı soyqırımı ilə bağlı ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası qətnamə qəbul edib, həmçinin ABŞ-ın Nebraska, Havay, Montana və Aydaho ştatlarının qubernatorları və Viskonsin ştatının Miluoki dairəsinin başçısı müvafiq bəyanatlarla çıxış edib.

1news.az

Paylaş:
534

Son xəbərlər

Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02
Bütün xəbərlər