“Cinsiyyət orqanını kəsdim, iplə boğub öldürdüm” - Nəvəsini öldürən babadan etiraf | 1news.az | Xəbərlər
Cəmiyyət

“Cinsiyyət orqanını kəsdim, iplə boğub öldürdüm” - Nəvəsini öldürən babadan etiraf

15:22 - 17 / 01 / 2017
“Cinsiyyət orqanını kəsdim, iplə boğub öldürdüm” - Nəvəsini öldürən babadan etiraf

Bakıda nəvəsini boğaraq öldürməkdə təqsirləndirilən Rakif Bayramovun cinayət işi üzrə məhkəmə davam edib.

1news.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Saleh Həsənov ifadə verib.

Şahid Rakif Bayramovun qudası olduğunu deyib. O, ifadəsində bildirib ki, R.Bayramov öldürülən şəxsin meyitini onun maşınında aparıb:

"Evə çağırdı. Dedi ki, uşağı öldürüblər. Tapşırdı ki, heç kimə heç nə deməyim. Rayona gedecəkdik. Yolda gördüm maşından iy gəlir. Arvad da ağlayırdı. Soruşdum ki, uşağın meyiti hardadı, dedilər, elə sənin maşınında. Başımı itirdim. Etiraz elədim, polis çağırmaq istədim. Şantaj elədi ki, səni şərləyəcəm. Sür maşını rayona. Mən nə qədər yalvar-yaxar elədimsə də, fikir vermədi. Rayona çatanda özləri yuyub-basdırdılar, icra hakimiyyətindən də adamlar gəldi, yasda başsağlığı verdilər. Artıq 8 gün keçdi. Sonradan bildim ki, uşağı Rakif öldürüb".

Hakim Tamella Nəsrullayeva isə bildirib ki, şahidin cinayəti bilib gizlətməsi ilə bağlı barəsində şübhələr olduğundan cinayət işi açılıb və ayrıca icraatdadır.

Hakim təqsiləndirilən şəxsdən nəvəsini niyə öldürməsinin səbəbini soruşub. Ona səmimi şəkildə etiraf etməsini təklif edib. O isə bildirib ki, nəvəsi tərbiyəsizlik edib, şəhid olmuş oğlunu təhqir edib deyə onu öldürüb.

Prokuror onun istintaqa verdiyi ifadəsinin bir hissəsini elan edib:

"Nəvəmin evə narkoman dostlarını gətirdiyini öyrəndim. Əsəbləşdim, arvadım da evdə idi. Onu bazara göndərdim. Uşaqla mübahisə etdim. Şəhid olan oğlumun gorunu və məni söydü. Üstümə gələndə bir yumruq vurdum. Yerə yıxıldı. Tez əllərini bağladım. Ağzına parça salıb iplə bağladım ki, qışqırmasın. Mətbəxdən bıçaq gətirib cinsiyyət orqanını kəsdim. Sonra iplə boğub, öldüyünə əmin oldum. Yorğana büküb, yatağın altına qoydum".

Məhkəmə yanvarın 27-ə təyin edilib.

Qeyd edək ki, ötən ilin fevralın 7-də Mübariz Məmmədov Binəqədi rayon Prokurorluğuna müraciət edərək, 1997-ci il təvəllüdlü oğlu Tural Bayramovun naməlum şəxs və ya şəxslər tərəfindən öldürülərək Ağdam rayonunun Çəmənli kəndində dəfn edildiyini bildirib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun babası Rakif Bayramov tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb olunub. Meyit məhkəmənin qərarına əsasən dəfn olunduğu yerdən çıxarılaraq ekspertizaya təqdim edilib.

Ağdam rayon sakini, 71 yaşlı Rakif Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu yaşadığı evdə boğaraq amansızlıqla qətlə yetirdyini etiraf edib. İstintaqa ifadə verən Rakif Bayramov hadisədən bir neçə gün əvvəl Rəsulzadə qəsəbəsində yaşayan qızının evinə gəldiyini söyləyib.

O, yeniyetmə nəvəsi Tural Bayramovu evə gec gəlməsinə və anasının sözünə baxmamasına görə danlayıb. Nəsihətə qulaq asmayan nəvəsi onu söyəndə Rakif Bayramov qəddarlıq edib.

Hadisədən sonra Rakif Bayramov nəvəsinin meyitini ədyala bükərək, çarpayının altında gizlədib. Rakif Bayramov daha sonra yaşadığı Ağdam rayonunun Çəmənli kəndinə gedib. Meyit bir neçə gün orda qalıb. Yeniyetmə Tural Bayramovun anası və bacısı isə onu evə gəlmədiyi üçün axtarmağa başlayıblar.

Ağdama gedərək, maşınını götürən baba nəvəsinin meyitinin dalınca Bakıya qayıdıb: “Meyiti qoydum maşına getdim rayona. Yolda zəng vurdum ki, Turalı öldürüblər, dəfn etməyə gətirirəm”.

Dindirmə zamanı Rakif Bayramov əməli tək törətdiyini və qətlə söyüşün səbəb olduğunu deyib. Sosial şəbəkələrdə hadisənin namus üstündə, daha doğrusu, Tural Bayramovin doğma bacısına sataşdığı üçün babası tərəfindən qətlə yetirildiyi barədə məlumat yayılıb.

1news.az

Paylaş:
7935

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər