Lavrov: Qarabağ münaqişəsi – təkcə Azərbaycanın daxili işi deyil | 1news.az | Xəbərlər
Siyasət

Lavrov: Qarabağ münaqişəsi – təkcə Azərbaycanın daxili işi deyil

15:35 - 17 / 01 / 2017
Lavrov: Qarabağ münaqişəsi – təkcə Azərbaycanın daxili işi deyil

Dağlıq Qarabağ münqişəsinin nizamlanması mövzusunu şərh edərkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, bu, mücərrəd və istisna olaraq Azərbaycanın daxili məsələsi deyil:

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra qərarlar var. Ən əsası münaqişənin qızğın vaxtında BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdir”.

Nazir vurğulayıb ki, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır:

“Vyanada, daha sonra Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri insidentlərin araşdırması mexanizminin işə düşməsi və təmas xəttində ATƏT müşahidəçilərin artırılması barədə razılığa gəldi. 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi.

Bu tədbirlər çox vacibdir. İnsidentlərin araşdırılması və ATƏT müşahidəçilərinin sayının artırılmasına dair razılıq ona görə reallaşa bilmir ki, bununla bağlı ATƏT-də konsensus yoxdur. Bunu təşkilatın üzlərindən də maraqlanmaq olar”.

“Ötən ilin aprelində baş vermiş qanlı hadisə dərin narahatlıq yaradır. Rusiya həmin vaxt qan tökülməsinin qarşısının alınmasında vacib rol oynayıb”, - deyə Lavrov sözlərinə əlavə edib.

TASS

Paylaş:
980

Son xəbərlər

Bütün xəbərlər