Sürücü mayoru ölümlə hədələyib, yoxsa polis rüşvət istəyib? – Polis bölməsindəki söyüş qalmaqalı böyüyür - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücü mayoru ölümlə hədələyib, yoxsa polis rüşvət istəyib? – Polis bölməsindəki söyüş qalmaqalı böyüyür - VİDEO

16:00 - 17 / 01 / 2017
Sürücü mayoru ölümlə hədələyib, yoxsa polis rüşvət istəyib? – Polis bölməsindəki söyüş qalmaqalı böyüyür - VİDEO

Şirvan sakini Vasif Novruzov da sosial şəbəkələrdə yayılmış videoyla gündəmə gələn Şirvan Yol Polis Şöbəsinin əməkdaşı, polis mayoru Məmmədsadıq Nağıyevdən şikayətçidir.

1news.az xəbər verir ki, V. Novruzov bununla bağlı “Qafqazinfo”ya müraciət edib.

Şikayətçi bildirib ki, ötən il dekabrın 12-də Şirvan şəhəri, Heydər Əliyev prospektində yol polisləri tərəfindən saxlanılıb:

“Mən az miqdarda içkili idim. Qəbul edirəm ki, içki az içsən belə maşın idarə etməməlisən. Buna görə polis səni saxlayıb cərimə edirsə haqlıdır. Ancaq Məmmədsadıq Nağıyev cərimə yazmaqdansa, məndən 500 manat rüşvət tələb etdi. Dedim ki, sənə 500 manat verməkdənsə dövlətin büdcəsinə 360 manat cəriməni ödəyərəm. Bundan sonra məni təhqir etdi, sürücülük vəsiqəmə məhdudiyyət qoyduracağını dedi. Belə də etdi. Mənə 6 ay məhdudiyyət qoyublar. 1 gecə polis bölməsində qanunsuz saxlanılmışam.

Məhkəmə keçirildi. İkinci məhkəmədə isə polisə məhəl qoymamaqda ittiham olundum. Bu, artıq mənə atılan böhtan idi. Hakimə bildirdim ki, Nazirlər Kabinetinin qərarı var ki, yol polis əməkdaşları vətəndaşa yaxınlaşanda xüsusi səsyazan qurğunu işə salmalıdırlar. Gətirsin həmin qurğunu, dinləyək, görək kim kimə söyüb, kim kimi təhqir edib. Üstəlik, məni saxladıqları küçədə “Dəniz” marketin müşahidə kamerası var, yaddaşına baxış keçirilsin. Hakim də Məmmədsadıq Nağıyevdən həmin səsyazan qurğunu məhkəməyə gətirib-gətirməməsini soruşdu. Dedi, ‘yadımdan çıxıb, maşında qalıb, sabah gətirərəm”. Məhkəmə növbəti günə təxirə düşdü. Məhkəməyə yol polisləri gəlmədi və səsyazan qurğu da təqdim olunmadı. Hakim məni 200 manat cərimələdi. Məmmədsadiq Nağıyevin əlindən rayonda hamı bezib. Sürücülərdən rüşvət tələb edir, verməyəndə isə bu şəkildə cəzalandırır”.

V. Novruzov M. Nağıyevin əməlləri ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini də qeyd edib.

Faktla bağlı Məmmədsadıq Nağıyev isə açıqlamasında bildirmişdi ki, vətəndaş bilərəkdən tam videonu deyil, sadəcə 30 saniyəlik çıxışı yayıb:

“Məni gör hansı həddə gətirib ki, o sözləri demişəm. Halbuki onun ünvanına heç bir nalayiq sözlər işlətməmişəm. Video əvvəldən göstərilsəydi bilinərdi ki, vətəndaş polisi hansı həddə gətirib.

Məsələ belədir ki, həmin sürücü mənim tərəfimdən polis şöbəsinə gətirilib. O məni ölümlə hədələdi, işdən çıxandan sonra məni izləyib başıma oyun açdıracağını dedi. Mən də əsəblərimi cilovlaya bilmədim. Düzdür, mən o ifadələri özümə bağışlamıram. Yenə də təmkinli olmalı idim. Müharibə veteranıyam. 1993- cü ildə Füzuli döyüşlərində başımdan yaralanmışam. Özümü idarə edə bilmədiyim üçün bu söyüşlər dilimdən çıxıb. Buna görə də mənə Dövlət Yol Polisi tərəfindən şiddətli töhmət verilib”.

M. Nağıyev qeyd edib ki, sürücünün həbs edilməsi məsələsi də həqiqətə uyğun deyil:

“DYP əməkdaşları qanuna müvafiq olaraq tədbirlər görür. Mən sərxoş halda maşın idarə edənlərə qarşı həmişə sərt tədbirlər görmüşəm. 2 ildir ki, Şirvanda DYP-də polis mayoruyam. İndi mənim barəmdə hansısa şikayətçilər varsa, bu o adamlar ola bilər ki, sərxoş halda tərəfimdən yaxalanıblar. Halbuki DYP əməkdaşı içkili maşın idarə edənləri saxlamaqla baş verə biləcək faciələrin qarşısını alır. Bunu isə sürücülər anlamırlar. Sərxoş halda da cəza sanksiyası yüksəkdir. Bu məsələlərdə heç kimə güzəştə getməmişəm”.

Qeyd edək ki, vətəndaşla kobud davrandığına görə polis mayoruna Dövlət Yol Polisi tərəfindən şiddətli töhmət verilib.

1news.az

Paylaş:
2225

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər