Qanunsuz yolla İrandan Azərbaycana 82 min ədəd siqaret keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz yolla İrandan Azərbaycana 82 min ədəd siqaret keçirilməsinin qarşısı alınıb

16:13 - 17 / 01 / 2017
Qanunsuz yolla İrandan Azərbaycana 82 min ədəd siqaret keçirilməsinin qarşısı alınıb

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda  İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə “Heimann Cargo Vision” rentgen qurğusunda gömrük  baxışı keçirilib.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, yoxlama  zamanı avtomobilin istifadədə olmayan yanacaq çənində fərqli görünüşdə və formada naməlum predmetlər müəyyən edilib.

Daha sonra nəqliyyat vasitəsinə əsaslı baxış keçirilib və gömrükçülərin şübhələri özünü doğruldub.

Belə ki, avtomobilin istifadədə olmayan yanacaq çənində malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük  nəzarətindən gizlədilən 2 adda 82000 ədəd  siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
466

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25
Bütün xəbərlər