Bakıda qeyri-adi hadisə: doğuşa qədər hamilə olduğunu bilməyib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qeyri-adi hadisə: doğuşa qədər hamilə olduğunu bilməyib - VİDEO

10:31 - 17 / 01 / 2017
Bakıda qeyri-adi hadisə: doğuşa qədər hamilə olduğunu bilməyib - VİDEO

Bakıda qeyri adi hadisə yaşanıb.

1news.az xezerxeber.com-a istinadən xəbər verir ki, 39 yaşlı qadın 9 ay boyunca hamiləliyindən xəbərsiz olub.

Nailə Ramazanova hamilə olduğunu 9 ay sonra bilib. Nəfəs darlığı şikayəti ilə həkimə müraciət etdikdə əsl səbəb ortaya çıxıb və xəstə dərhal keysəriyyə əməliyyatına alınıb. Sürpriz uşaq bütün ailənin sevincinə səbəb olub.

Xəstəni əməliyyat edən Natiq Məhərrəmov qeyd edir ki, qadın 9 ay boyunca həkim müayinəsindən keçməsə də bu, hamiləliyin gedişatına mənfi təsir etməyib.

Ana 2 səbəbdən hamiləliyindən bixəbər olub. Belə ki, Nailə xanım daha əvvəl ginekoloji problem yaşadığından problemin davam etdiyini düşünüb, eyni zamanda çəkisi onun hamiləliyini gizlədib.

9 ay müddətində varlığından heçkəsin xəbəri olmasa da hazırda ananın da körpənin də vəziyyəti yaxşıdır.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ailənin digər iki uşağı ali məktəbdə oxuyur.

1news.az

Paylaş:
590

Son xəbərlər

Bütün xəbərlər