Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti qeyri-sabit keçəcək, yağış və qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti qeyri-sabit keçəcək, yağış və qar yağacaq

13:30 - 18 / 01 / 2017
Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti qeyri-sabit keçəcək, yağış və qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı,  yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.

Azərbaycanın bəzi rayonlarında yanvarın 19-20-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

1news.az

Paylaş:
627

Son xəbərlər

Bütün xəbərlər