İlham Əliyev: Azərbaycanın yerləşdiyi coğrafi məkan iri transmilli layihələrin uğurla reallaşmasına rəvac verir | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: Azərbaycanın yerləşdiyi coğrafi məkan iri transmilli layihələrin uğurla reallaşmasına rəvac verir

19:40 - 18 / 01 / 2017
İlham Əliyev: Azərbaycanın yerləşdiyi coğrafi məkan iri transmilli layihələrin uğurla reallaşmasına rəvac verir

Prezident İlham Əliyevin yanvarın 18-də Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev onu növbəti dəfə Dünya İqtisadi Forumuna dəvət etdiyinə görə Klaus Şvaba təşəkkürünü bildirdi.

Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlətimizin başçısı bu əməkdaşlığın Davos Forumunun dünya ölkələrində vəziyyətin yaxşılaşdırılması ilə bağlı məqsədlərinə tam uyğun gəldiyini qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanda təhlükəsizliyin təmini və sabitliyin bərqərar olması istiqamətində mühüm tədbirlərin görüldüyünü dedi. Ölkəmizin yerləşdiyi coğrafi məkanın əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu amilin iri transmilli layihələrin, o cümlədən Şimal-Cənub, Sərq-Qərb nəqliyyat və digər layihələrin uğurla reallaşmasına rəvac verdiyini bildirdi.

Prezident İlham Əliyev son illərdə ölkəmizdə gedən inkişaf proseslərindən danışdı, Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olduğunu bildirdi və iqtisadiyyatın, həmçinin ixracatın şaxələndirilməsi istiqamətində təsirli tədbirlərin görüldüyünü vurğuladı.

Davos Forumu çərçivəsində keçirdiyi görüşlərin bir sıra mühüm layihələrin reallaşmasına səbəb olduğunu deyən Prezident İlham Əliyev son illərdə Azərbaycanda mötəbər beynəlxalq tədbirlərin keçirildiyini, Bakının birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etdiyini dedi, Roma Papası Fransiskin ölkəmizə səfərini Azərbaycandakı yüksək tolerantlıq mühitinə verilən qiymətin nümunəsi kimi dəyərləndirdi.

Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab Azərbaycan ilə Dünya İqtisadi Forumu arasındakı əməkdaşlığın səmərəli olduğunu, Azərbaycan Prezidentinin bu Forumda iştirakının ikitərəfli əməkdaşlığa töhfə verdiyini vurğuladı. Kalus Şvab ölkəmizə səfəri zamanı güclü inkişafın şahidi olduğunu dedi, Bakının gözəlliyindən danışdı, Azərbaycandakı təhlükəsizliyin və sabitliyin ölkəmizin inkişafında mühüm rol oynadığını bildirdi. Son illərdə ölkəmizdə böyük işlərin görüldüyünü, Bakının mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən Dünya İqtisadi Forumunun icraçı sədri Azərbaycanda mövcud olan tolerantlıq mühitini yüksək qiymətləndirdi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

1news.az

 

Paylaş:
795

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər