İlham Əliyevin “Statoil” şirkətinin baş icraçı direktoru ilə görüşüb – FOTO
Prezident İlham Əliyevin yanvarın 18-də Davosda Statoil şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.
1news.az xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.
“Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində iştirakını məmnunluqla xatırlayaraq, bu mötəbər tədbirin uğurla keçirildiyini bildirdi. Eldar Saetre Azərbaycanın Avropa Oyunlarını keçirməklə bu yarışların standartlarını müəyyənləşdirdiyini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycan ilə “Statoil” şirkəti arasındakı əməkdaşlığın böyük tarixi olduğunu dedi, əlaqələrimizin uğurlu və davamlı xarakter daşıdığını bildirdi. Şirkətin fəaliyyətinin ikitərəfli əməkdaşlığın inkişafına xidmət etdiyini vurğuladı.
Söhbət zamanı “Azəri-Çıraq-Günəşli”, o cümlədən “Qarabağ”, “Əşrəfi”, “Dan ulduzu” və “Aypara” yataqları, həmçinin “Statoil” ilə SOCAR arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.