Azərbaycan və Malayziya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Malayziya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq

09:14 - 18 / 01 / 2017
Azərbaycan və Malayziya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq

Xarici işlər naziri Elmar Məmmədyarov Malayziyaya səfəri çərçivəsində 18 yanvar 2017-cı il tarixində Malayziyanın xarici işlər naziri Dato' Sri Anifah Aman ilə görüşü nəzərdə tutulub.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə Azərbaycan və Malayziya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Həmçinin, nazirlər beynəlxalq gündəliyə aid olan mövzular, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri barəsində fikir mübadiləsi aparacaqlar.

Elmar Məmmədyarov 19 yanvar tarixində Kuala-Lumpur şəhərində keçiriləcək İƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak edəcək. İƏT xarici işlər nazirlərinin fövqəladə iclası Rohinqiya müsəlmanlarının vəziyyətinə həsr olunub.

İƏT xarici işlər nazirlərinin fövqəladə iclası çərçivəsində nazir Elmar Məmmədyarovun bir sıra ikitərəfli görüşləri və çıxışı nəzərdə tutulub.

1news.az

Paylaş:
478

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər