İlham Əliyev Ukrayna prezidenti Petro Poroşenko ilə görüşüb – FOTO
Yanvarın 18-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun görüşü olub.
1news.az xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edildi. Ukrayna Prezidentinin Azərbaycana səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi qeyd olunub.
Ölkələrimizin beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyi, daim bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.
İnvestisiya, energetika, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.