Moskva-İrəvan təyyarəsində dava düşüb | 1news.az | Xəbərlər
Dünya

Moskva-İrəvan təyyarəsində dava düşüb

10:11 - 18 / 01 / 2017
Moskva-İrəvan təyyarəsində dava düşüb

Moskva-İrəvan marşrutu ilə uçan təyyarənin göyərtəsində sərnişinlərdən biri dava salıb.

1news.az-ın NEWS.am-ə istinadla verdiyi xəbərə görə, insident yanvarın 16-da baş verib.

Məlumata görə, sərxoş vəziyyətdə olan 50 yaşlı kişi bort bələdçilərini təhqir edib, onlara zor tətbiq etməklə hədələyib, ekipaj üzvləri ilə mübahisə edərək, dava etməyə çalışıb. 

Təyyarə İrəvan aeroportuna eniş etdikdən sonra davakar sərnişin polis əməkdaşları tərəfindən saxlanılıb.

1news.az

Paylaş:
629

Son xəbərlər

Bütün xəbərlər