İRENA-nın 7-ci Assambleyası: Alternativ enerji mənbələrinin inkişaf perspektivləri | 1news.az | Xəbərlər
Siyasət

İRENA-nın 7-ci Assambleyası: Alternativ enerji mənbələrinin inkişaf perspektivləri

10:28 - 18 / 01 / 2017
İRENA-nın 7-ci Assambleyası: Alternativ enerji mənbələrinin inkişaf perspektivləri

BƏƏ-nin Əbu Dabi şəhərində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) Assambleyasının 7-ci iclası keçirilib.

1news.az-a Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən verilən xəbərə görə, 150-dən çox dövlətin nazir və səlahiyyətli şəxslərinin iştirak etdiyi iclasda Azərbaycan Respublikasını müvafiq olaraq Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov və Azərbaycanın BƏƏ-dəki səfirliyinin diplomatik nümayəndələri təmsil ediblər.

Sözügedən iclas çərçivəsində də nazirlər səviyyəsində dəyirmi masa keçirilib. Burada bərpa olunan enerji və enerji təhlükəsizliyi, enerji sektorunun transformasiyası, enerji sektorunda bərpa olunan enerjinin payının artırılması üçün tarif siyasətinin və müasir texnologiyaların inkişafı ilə bağlı müzakirələr aparılıb. 

Assambleya çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyəti İRENA-nın baş direktoru Adnan Z.Amin  və “Masdar City” layihəsinin rəhbərliyi ilə məhsuldar görüşlər keçirmişdir. Danışıqların əsas mövzusu BƏƏ İnvestisiya potensialını  Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələrinin kənd təsərrüfatı sahəsinə tətbiqi layihələrinə yönəldilməsi və AR ərazisində reallaşdırılan “Samux Aqrar Enerji Yaşayış Kompleksi” və “Pirallahı” Günəş Elektrik Stansiyası kimi layihələrin BƏƏ-də “texnoloji transfer” çərçivəsində həyata keçirilməsi məsələləri üzrə müzakirələr aparılıb.

Assambleya iclasından sonra, Əbu Dabinin Milli Sərgi Mərkəzində 4 gün davam edəcək ənənəvi “Ümümdünya Gələcəyin Enerjisi” Sammiti 16 yanvar 2017-ci il tarixindən öz işinə başlayıb.

Xatırladaq ki, Azərbaycan Respublikası 2009-сu ildən İRENA-nın üzvlüyünə qəbul edilmiş və Milli Məclisin 02.05.2014 tarixli qanunu ilə bu təşkilatın tamhüquqlu üzvü olub.   

1news.az

Paylaş:
468

Son xəbərlər

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47
Bütün xəbərlər