İlham Əliyev “Microsoft” şirkətinin korporativ vitse-prezidenti ilə görüşüb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev “Microsoft” şirkətinin korporativ vitse-prezidenti ilə görüşüb

22:53 - 18 / 01 / 2017
İlham Əliyev “Microsoft” şirkətinin korporativ vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev yanvarın 18-də Davosda “Microsoft” şirkətinin ümumdünya dövlət qurumları ilə əlaqələr üzrə korporativ vitse-prezidenti xanım Toni Tauns-Vitley ilə görüşüb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanda inkişafın yeni mərhələsində həyata keçirilən iqtisadi islahatlardan danışıldı, informasiya-kommunikasiya texnologiyalarının tərəqqisinin prioritet sahələrdən biri olduğu bildirildi. Milli iqtisadiyyatın modernləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarından istifadənin əhəmiyyətli olduğu qeyd edildi.

Söhbət zamanı Azərbaycan ilə “Microsoft” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.

1news.az

 

Paylaş:
705

Son xəbərlər

Şamaxıda zəlzələ olub

07 / 06 / 2026, 18:49

Karapetyan səs verib

07 / 06 / 2026, 12:39

Nikol Paşinyan səs verib

07 / 06 / 2026, 10:39
Bütün xəbərlər