“ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

11:01 - 18 / 01 / 2017
“ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

Həftə sonu vətəndaş müraciətlərinin böyük əksəriyyətinin günün birinci yarısında olmasını nəzərə alaraq “ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.

1news.az-ın məlumatına görə, bu dəyişiklik mərkəzlərdə xidmətin optimallaşdırılması məqsədi daşıyır, eyni zamanda profilaktik işlərin görülməsi zərurəti ilə əlaqədardır.

Belə ki, bundan sonra “ASAN xidmət” mərkəzləri həftənin bazar günü saat 10.00-dan 14.00-dək vətəndaşlara xidmət göstərəcək, “ASAN Kommunal” mərkəzində isə bazar günü qeyri-iş günü olacaq.

Vətəndaşlar ətraflı məlumatı 108 Çağrı Mərkəzindən və www.asan.gov.az internet səhifəsindən əldə edə bilərlər.

1news.az

Paylaş:
716

Son xəbərlər

Bütün xəbərlər