“İnşaatçılar” stansiyasının 1-ci vestibülü bağlanacaq – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“İnşaatçılar” stansiyasının 1-ci vestibülü bağlanacaq – FOTO

12:36 - 18 / 01 / 2017
“İnşaatçılar” stansiyasının 1-ci vestibülü bağlanacaq – FOTO

“İnşaatçılar” stansiyasının 1-ci vestibülü yanvar ayının 23-dən müvəqqəti bağlanacaq.

1news.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” ASC-dən məlumat veriblər.

Məlumata görə, 1986-cı ildə istifadəyə verilmiş “İnşaatçılar” stansiyası keçən 30 il ərzində fasiləsiz olaraq sərnişinlərin istifadəsində olub.

Bu illər ərzində stansiyanın I vestibülünün estetik görünüşü köhnəlib, mərmər üzlüklər sıradan çıxıb. Həmçinin həmin stansiyada eyni tarixdən istismar olunan ET-5 tipli eskalatorların 30 illik istismar müddəti başa çatıb, yük daşıyan konstruksiyaları, hərəkət edən mexanizmləri texniki aşınmaya məruz qalıb.

Yuxarıda qeyd olunanları nəzərə alaraq “İnşaatçılar” stansiyasının I vestibülü 3 ədəd eskalatorların yeniləri ilə əvəz olunması və aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır.

Məlumat üçün bildirək ki, 2016-cı ildə stansiyanın II vestibülü tam təmir olunub və istismar müddətini başa vurmuş eskalatorlar yeniləri ilə əvəz edilmişdi. I vestibül də eyni görkəmdə təmir ediləcək, yeni quraşdırılacaq eskalatorların sayı isə 3 ədəd olacaq.

“Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, “İnşaatçılar” stansiyasının I vestibülü (ATS tərəf) 23 yanvar 2017-ci il tarixində saat 06:00-dan etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (“20 Yanvar” tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

Qeyd edək ki, I vestibül bağlı olsa da, keçid piyadalar üçün açıq olacaq. Yəni, sakinlər keçiddən istifadə etməklə A.M.Şərifzadə küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər.

1news.az

Paylaş:
531

Son xəbərlər

Bütün xəbərlər