Gömrükçülər külli miqdarda qol saatı müsadirə ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Gömrükçülər külli miqdarda qol saatı müsadirə ediblər

13:35 - 19 / 01 / 2017
Gömrükçülər külli miqdarda qol saatı müsadirə ediblər

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları böyük sayda müxtəlif markalı qol saatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən 1news.az-a verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların qanunsuz yolla ölkə ərazisinə satış məqsədilə gətirilməsi barədə məlumat daxil olub.

Həmin əməliyyat məlumatı əsasında, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı nəzarətə götürülüb. Vətəndaş əl baqajı ilə birlikdə gömrük nəzarəti zonasından “yaşıl dəhliz” vasitəsilə çıxmaq istəyərkən saxlanılıb. Şifahi sorğu-sual zamanı həmin şəxs üzərində və əl baqajında mütləq bəyan ediləsi malların olmadığını bildirib.

Lakin vətəndaşa məxsus malların yoxlanılması zamanı gömrük nəzarətinə təqdim edilməyən, kağız üzərində yazılı, şifahi və ya elektron formada bəyan olunmayan, cəmi 403 ədəd müxtəlif markalı qol saatları aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən 403 ədəd müxtəlif markalı qol saatlarının kontrafakt məhsullar olduğu aydınlaşıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
601

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər