Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 20 Yanvar şəhidləri yad edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 20 Yanvar şəhidləri yad edilib

17:31 - 19 / 01 / 2017
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 20 Yanvar şəhidləri yad edilib

Yanvarın 19-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

1news.az-a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən verilən xəbərə görə, BBMM-in icraçı direktoru Azad Məmmədov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycan xalqına dəhşətli faciə yaşatdığını qeyd edib. İcraçı direktor bu faciəni eyni zamanda Azərbaycan xalqının müstəqillik uğrunda  mübarizə tarixində yeni səhifə kimi səciyyələndirib. Azad Məmmədov bildirib ki, 20 Yanvar faciəsində qətlə yetirilənlərin arasında digər xalqların nümayəndələri də olub, bu isə bir daha sübut edir ki, vahid vətənin suverenliyi və bölünməzliyi uğrunda Azərbaycan xalqı həmişə həmrəy olub, birlik nümayiş etdirib.

İcraçı direktor deyib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizminin tədrisi, qurumun müxtəlif ölkələrdə fəaliyyət göstərən filialları və beynəlxalq elita ilə mütəmadi keçirilən görüşlər  vasitəsilə 20 Yanvar faciəsini, ümumiyyətlə, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində səylərini bundan sonra da əsirgəməyəcək.

Mərkəzin aparat rəhbəri, professor Aytən Qəhrəman qanlı gecənin dəhşətli statistikasından söz açıb:

 “Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb,  744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib.  Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. 

Öncədən düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi ilə gerçəkləşdirilib. Ancaq xalqımızın azadlıq istəyinə qarşı yönələn bütün təcavüzlərə, zorakılıqlara və faciələrə baxmayaraq aradan keçən 27 il ərzində, heç bir şey suveren, sabit  iqtisadiyyata, mütəşəkkil orduya malik və ümumxalq birliyinə müvəffəq olan güclü Azərbaycanın formalaşmasına mane ola bilmədi. Ona görə də biz indi-27 il geriyə dönüb baxdığımızda 20 Yanvarda Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan, canını əsirgəməyən vətən övladlarının yazdığı milli tariximizlə qürur duyuruq”.

1news.az

Paylaş:
520

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər