Belarus Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına qərar verib | 1news.az | Xəbərlər
Siyasət

Belarus Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına qərar verib

15:54 - 20 / 01 / 2017
Belarus Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına qərar verib

Azərbaycan Baş Prokurorluğunun müraciəti əsasında Belarusda saxlanılmış bloqger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası məsələsinə baxılıb.

1news.az APA-ya istinadən xəbər veri ki, Belarus baş prokurorunun müavini Aleksey Stuk A. Lapşinin Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edib. Bu barədə Ermənistan Vəkillər Palatasının sədri Ara Zohrabyan “Facebook”da yazıb.

Qərarda bildirilir: “Belarus Daxili İşlər Nazirliyinin cəzaların icrası departamentinə tapşırılsın ki, qərar qüvvəyə mindikdən sonra Lapşin Aleksandr Valeriyeviçin Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilməsini təşkil etsin. Qərar barədə Azərbaycan Baş Prokurorluğuna məlumat verilsin”.

A. Zohrabyan deyib ki, qərardan 10 gün müddətində şikayət vermək olar.

Belarus Prokurorluğundan Aleksandr Lapşinin ekstradisiyası barədə qərarın olduğunu təsdiqləyiblər.

Onun Azərbaycana təhvil verilməsi məsələsinə gəlincə, prokurorluqdan bildiriblər ki, A. Lapşinin 10 gün müddətində qərardan şikayət etmək hüququ var.

Xatırladaq ki, A. Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və Lapşin beynəlxalq axtarışa verilib.

A. Lapşinin Rusiya, İsrail və Ukrayna vətəndaşlığı var. Rusiyanın xarici işlər naziri Sergey Lavrov onun həbsinə və ekstradisiyasına qarşı olduqlarını bəyan edib.

1news.az

Paylaş:
675

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər