Zubair Mahmud Hayat: Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyini davam etdirəcək | 1news.az | Xəbərlər
Siyasət

Zubair Mahmud Hayat: Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyini davam etdirəcək

18:33 - 20 / 01 / 2017
Zubair Mahmud Hayat: Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyini davam etdirəcək

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayat ilə görüşüb.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın davamlı inkişafı, qarşıda duran vəzifələr, təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin təşkili haqqında fikir mübadiləsi aparılıb.

Ermənistanın təcavüzkar siyasəti haqqında məlumat verən səfir Pakistan dövləti və xalqının, eyni zamanda, ordusunun ölkəmizə birmənalı dəstəyinin Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Pakistanla əlaqələrə xüsusi önəm verdiyini bildirən səfir Azərbaycanın hər zaman Pakistanın yanında olduğunu, Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatı Təmas qrupunun üzvü kimi Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında tezliklə həll edilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Zübair Mahmud Hayat ölkələrimiz arasındakı münasibətlərin tarixi, mədəni, dini əsaslara, ortaq dəyərlərə söykəndiyini diqqətə çatdırıb. Ordu generalı Pakistanın Azərbaycan ilə əməkdaşlığa diqqətlə yanaşdığını, Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyin davam edəcəyini vurğulayıb, Kəşmir məsələsində Azərbaycanın mövqeyinə görə təşəkkür edib.

1news.az

Paylaş:
794

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər