Saatlı və Sabirabadda ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Saatlı və Sabirabadda ev yanıb

10:12 - 20 / 01 / 2017
Saatlı və Sabirabadda ev yanıb

Bu gün gecə saatlarında Saatlı rayonunda evlərdən birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Saatlı rayonunun Bəylər kəndində vətəndaşa məxsus ümumi sahəsi 88 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin iki otağının tavanı 40 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Sabirabad rayonunda qeydə alınıb. Belə ki, rayonun Qasımbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli, 6 otaqlı evin 1 otağının dam örtüyü və tavanı 20 m² sahədə və mətbəxin yanar konstruksiyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

1news.az

 

Paylaş:
635

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25
Bütün xəbərlər