Bakıda Xəzərin statusu ilə bağlı işçi qrupun növbəti iclası keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Xəzərin statusu ilə bağlı işçi qrupun növbəti iclası keçiriləcək

11:13 - 20 / 01 / 2017
Bakıda Xəzərin statusu ilə bağlı işçi qrupun növbəti iclası keçiriləcək

Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun növbəti iclası yanvarın sonunda Bakıda keçiriləcək.

1news.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Onun sözlərinə görə, bu iclas nazirlər səviyyəsində keçiriləcək görüşə hazırlıq statusunu daşıyacaq.

“Eyni zamanda, iclasda konvensiya layihəsinin razılaşdırılmamış məsələlər, eləcə də sammitin 2017-ci ildə keçirilməsi üçün hazırıq işlərinə dair məsələlər də müzakirə olunacaq”- deyə, X.Xələfov qeyd edib.

1news.az

 

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər