20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqləik sükutla yad edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqləik sükutla yad edilib

12:14 - 20 / 01 / 2017
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqləik sükutla yad edilib

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilib.

Qanlı Yanvar faciəsinin ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq, respublikanın bütün şəhər və rayon, kənd və qəsəbələrində, idarə və təşkilatlarında 20 Yanvar hadisələri ilə bağlı anma mərasimləri keçirilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Paytaxt ictimaiyyəti, yüz minlərlə sakin yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.

AZƏRTAC

 

Paylaş:
803

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25
Bütün xəbərlər