Azərbaycanda siqaretlər bahalaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda siqaretlər bahalaşıb

13:08 - 21 / 01 / 2017
Azərbaycanda siqaretlər bahalaşıb

Azərbaycanda pərakəndə satışda olan tütün məmulatlarının qiyməti artıb.

1news.az APA-ya istinadən xəbər verir ki, siqaretlərin qiymətində orta hesabla 10-20 qəpiklik artım müşahidə olunur.

Satıcılar deyir ki, qiymət artımı bütün markalara şamil olunub. Onların sözlərinə görə, qiyməti 2 manatadək olan siqaretlər 10 qəpik, 2 manatdan yüksək olanlar isə 20 qəpik bahalaşıb.

Pərakəndə satış ilə məşğul olanlar qiymət artımını tütün məmulatların nağd pulla topdan satışının qadağan olunması ilə izah edir.

1news.az

Paylaş:
894

Son xəbərlər

Bütün xəbərlər