Əmək pensiyalarının sığorta hissəsi artırıldı | 1news.az | Xəbərlər
Rəsmi

Əmək pensiyalarının sığorta hissəsi artırıldı

13:25 - 21 / 01 / 2017
Əmək pensiyalarının sığorta hissəsi artırıldı

Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

1news.az Azərtac-a istinadən xəbər verir ki, pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə imzalanan sərəncamda aşağıdakılar qeyd edilib:

“1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə:

1.1. bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;

1.2. fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

1news.az

Paylaş:
962

Son xəbərlər

Bütün xəbərlər