DTX və XKX-nin yaradılması ilə əlaqədar bəzi komissiyaların tərkibində dəyişikliklər edilib | 1news.az | Xəbərlər
Rəsmi

DTX və XKX-nin yaradılması ilə əlaqədar bəzi komissiyaların tərkibində dəyişikliklər edilib

16:15 - 21 / 01 / 2017
DTX və XKX-nin yaradılması ilə əlaqədar bəzi komissiyaların tərkibində dəyişikliklər edilib

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması ilə əlaqədar bəzi komissiyaların tərkibində dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

1news.az Azərtac-a istinadən xəbər verir ki, fərmanda aşağıdakılar qeyd edilib:

1. “Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 535; 2006, № 7, maddə 588; 2010, № 2, maddə 80; 2015, № 11, maddə 1301) 1-ci hissəsində “Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi” sözləri ilə əvəz edilib.

2. “Radiotezliklər üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 15 avqust tarixli 484 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 969) 4-cü hissəsindən “, milli təhlükəsizlik ” sözləri çıxarılsın, həmin hissəyə “nazirliklərinin” sözündən sonra “, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri əlavə edilib.

3. “İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 15 aprel tarixli 685 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4, (II kitab), maddə 183; 2005, № 4, maddə 300; 2006, № 11, maddə 944; 2014, № 2, maddə 112, № 9, maddə 1027) aşağıdakı dəyişikliklər olunub.

3.1. 1-ci hissədə “Əli Nağıyev – Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini” sözləri “İsmayıl Bağırov – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini” sözləri ilə əvəz edilib;

3.2. 3-cü və 4-cü hissələrdə “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilib.

4. “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 590 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 603; 2010, № 2, maddə 91; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384) 1-ci hissəsindən “Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri” sözləri çıxarılsın və həmin hissədə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri” sözlərindən sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilir:

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi”.

5. “Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 349; 2004, № 7, maddə 568; 2014, № 4, maddə 391; 2015, № 11, maddə 1301) 1-ci hissəsində “Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi” sözləri ilə əvəz edilir.

6. “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli 196 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 277; 2005, № 6, maddə 524; 2008, № 1, maddə 9; 2015, № 11, maddə 1301) “Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi” sözləri ilə əvəzlənir.

7. “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 942; 2005, № 9, maddə 818; 2007, № 5, maddə 459; 2009, № 4, maddə 238, № 5, maddə 383; 2013, № 6, maddə 702; 2014, № 12, maddə 1627; 2015, № 8, maddə 907, № 10, maddə 1191; 2016, № 4, maddə 737) aşağıdakı dəyişikliklər edilir.

7.1. “Komissiyanın sədri” hissəsində “Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi” sözləri ilə əvəz edilir.

7.2. “Komissiyanın katibi” hissəsində “Firudin Sadıqov — Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin baş müşaviri” sözləri “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri” sözləri ilə əvəz edilir.

8. “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyası və Dövlət Proqramının hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 1348 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 245, № 7, maddə 588; 2009, № 2, maddə 74; 2014, № 5, maddə 47, № 9, maddə 1027; 2015, № 11, maddə 1301; 2016, № 8, maddə 1384) 1-ci hissəsində “Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi” sözləri ilə əvəz edilir.

1news.az

Paylaş:
644

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər