Moskvada yağan qar Bakıdan aviareyslərin həyata keçirilməsinə təsir edib? | 1news.az | Xəbərlər
Dünya

Moskvada yağan qar Bakıdan aviareyslərin həyata keçirilməsinə təsir edib?

20:29 - 21 / 01 / 2017
Moskvada yağan qar Bakıdan aviareyslərin həyata keçirilməsinə təsir edib?

Moskvada yağan qar Bakı ilə Moskva arasında aviareyslərin həyata keçirilməsinə təsir etməyib.

1news.az xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Hava Limanında qeyd ediblər ki, bu gün Bakı-Moskva marşrutu üzrə aviareyslər yola salınıb:

“Bu gün həmin istiqamətdə və əksinə reyslərin təxirə salınması gözlənilmir”.

“Yandeks.Cədvəl” portalına əsasən, Moskva aeroportlarında 35 aviareys gecikir və 35 aviareys ləğv edilib.

1news.az

Paylaş:
997

Son xəbərlər

Bütün xəbərlər