ABŞ-da Trampın inauqurasiyasından sonra kütləvi etirazlar baş qaldırıb
Vaşinqtonda prezident Donald Trampın inauqurasiyasından sonra kütləvi etirazlar baş qaldırıb.
1news.az APA-ya istinadən xəbər verir ki, yüz minlərlə iştirakçısı olan aksiyalar Vaşinqton, Los-Anceles, Boston, Nyu-York və digər şəhərlərdə keçirilir.
On minlərlə etirazçıların qatıldığı aksiyalar həmçinin Denver, İndianapolis, Sietl, Sent-Luis, Detroyt, Oklend və digər şəhərlərdə təşkil olunub. Vaşinqtondakı aksiyada 500 mindən çox etirazçının qatıldığı bildirilir.
“Qadınlar marşı” şüarı altında keçirilən aksiyanın təşkilatçıları elan etdikləri siyasi proqramda qadın haqlarının təmin edilməsi, polis zorakılığı ilə mübarizə, gender və irqi bərabərliyin bərqərar olunması tələb olunur.
Aksiyaya “Wall Street”, “Black Lives Matter”, eynicinslilərin nikahına dəstək, amerikalı hinduların birliyi kimi bir çox hərəkatların fəalları qatılıb.
Qeyd edək ki, Tramp əleyhinə aksiyalar Avropa və Afrikanın bir neçə ölkəsində də keçirilir.
1news.az