Nigeriyada səhvən endirilmiş aviazərbə qurbanlarının sayı 230-u keçib | 1news.az | Xəbərlər
Dünya

Nigeriyada səhvən endirilmiş aviazərbə qurbanlarının sayı 230-u keçib

12:38 - 22 / 01 / 2017
Nigeriyada səhvən endirilmiş aviazərbə qurbanlarının sayı 230-u keçib

Nigeriya Hərbi-Hava Qüvvələrinin qaçqın düşərgəsinə səhvən endirdiyi aviazərbə nəticəsində ölənlərin sayı 236-ya çatıb.

1news.az APA-ya istinadən xəbər verir ki, insident yanvarın 17-də “Boko Haram” terror qruplaşmasına qarşı keçirilən hərbi əməliyyat zamanı Kamerunla həmsərhəd Renn şəhərində baş verib.

Ölənlərin əksəriyyəti qadın və uşaqlardır.

Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.

1news.az

Paylaş:
796

Son xəbərlər

Bütün xəbərlər