İraqda İŞİD qurbanlarının kütləvi məzarlığı aşkarlanıb | 1news.az | Xəbərlər
Dünya

İraqda İŞİD qurbanlarının kütləvi məzarlığı aşkarlanıb

14:32 - 22 / 01 / 2017
İraqda İŞİD qurbanlarının kütləvi məzarlığı aşkarlanıb

İraqın Tikrit şəhərində Prezident Sarayının ərazisində 98 nəfərin cəsədinin olduğu kütləvi məzarlıq aşkarlanıb.

1news.az APA-ya istinadən xəbər verir ki, İraq xüsusi xidmət orqanları bu şəxslərin İŞİD terror təşkilatının qurbanları olduğunu bildirib.

Ehtimal edilir ki, öldürülənlər 2014-cü ilin ortalarında İraqın şimal və şərqində böyük bölgələr ələ keçirən İŞİD-in təqibindən qaçmağa çalışan əsgərlərdir. Həmin vaxt İŞİD 1700 əsgərin edam edildiyini, 800 sünni əsgərin isə “bağışlandığı” bəyan etmişdi.

Qeyd edək ki, İŞİD 2015-ci ilin martında azad edilib. İndiyə qədər şəhərdə bir neçə kütləvi məzarlıq aşkarlanıb.

1news.az

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər