Sürücünü öldürüb maşını satdı, ölkədən qaçanda ələ keçdi
Bir neçə gün öncə Şəmkirdə sürücünü öldürüb avtomaşınını qaçıran şəxs ölkəni tərk etmək istəyərkən saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Şəmkir Rayon Polis Şöbəsindən “Report”a məlumat verilib.
Şöbədən bildirilib ki, yanvarın 17-də Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü sürücü Babayev Namiq Əli oğlunu bıçaqlayaraq ona məxsus avtomobili qaçıran Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü Eşqin Murtuzov Gürcüstana keçmək istəyərkən "Sınıq Körpü" Gömrük Məntəqəsində saxlanılıb.
E.Murtuzovun bıçaqladığı şəxs 2 gün əvvəl yerləşdirildiyi xəstəxanada ölüb.
Qaçırılan "VAZ-2107" markalı avtomobil Şəmkir Rayon Seyfəli kənd sakini, maşın ustası Kamal Kərimovda aşkarlanıb. Polisə ifadə verən K.Kərimov isə maşını həmkəndlisi Eşqin Murtuzovdan aldığını bildirib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.
1news.az