Şəmkirdə qadın davası: birinin vəziyyəti ağırdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə qadın davası: birinin vəziyyəti ağırdır

16:07 - 22 / 01 / 2017
Şəmkirdə qadın davası: birinin vəziyyəti ağırdır

Şəmkirdə 51 yaşlı qadın döyülüb.

1news.az APA-ya istinadən xəbər verir ki, rayonun Seyfəli kənd sakini, 1966-cı il təvəllüdlü Məleykə Hüseynova müxtəlif bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

M. Hüseynovaya dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın başqa qadınla dava zamanı döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
726

Son xəbərlər

Bütün xəbərlər