Tramp ilk dəvətini bu ölkəyə göndərdi | 1news.az | Xəbərlər
Dünya

Tramp ilk dəvətini bu ölkəyə göndərdi

14:03 - 23 / 01 / 2017
Tramp ilk dəvətini bu ölkəyə göndərdi

ABŞ prezidenti ən qısa zamanda Netanyahunu Vaşinqtonda görmək istəyir.

1news.az Sputnik-ə istinadən xəbər verir ki, yanvarın 20-də and içərək rəsmən vəzifəyə başlayan ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu Ağ Evə dəvət edib.

İsrailin baş naziri ilə telefonda danışan Tramp, onu Vaşinqtonda görmək istədiyini deyib. Beləliklə, yeni prezident ilk rəsmi dəvətini İsrailin hökumət başçısına etmiş olub. Netanyahunun fevralın ilk günlərində Amerikaya səfər edəcəyi gözlənilir.

Donald Trampın vəzifəyə başlamasından sonra Ağ Evin ilk xarici qonağının isə Britaniyanın Baş naziri olacağı açıqlanıb. Tereza Mey rəsmi dəvət almasa da, yanvarın 27-də Vaşinqtona gedərək Trampla görüşəcək.

1news.az

Paylaş:
604

Son xəbərlər

Bütün xəbərlər