Elmar Məmmədyarov: “Azərbaycan və Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında ənənəvi dostluq münasibətləri mövcuddur” | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: “Azərbaycan və Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında ənənəvi dostluq münasibətləri mövcuddur”

16:11 - 23 / 01 / 2017
Elmar Məmmədyarov: “Azərbaycan və Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında ənənəvi dostluq münasibətləri mövcuddur”

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İƏT Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında çıxış edib.

Xarici İşlər Nazirliyindən (XİN) 1news.az-a verilən məlumata görə, nazir çıxışında bildirib ki, 2017-ci ilin birinci yarısında Azərbaycan Respublikası və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzv ölkələri arasında Bakı şəhərində strateji və iqtisadi forumun keçirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, forumun məqsədi iqtisadiyyat, ticarət, sərmayələr, enerji, turizm, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, nəqliyyat, mədəniyyət və idman kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə layihələrin müəyyən edilməsi və biznes dairələri arasında birbaşa təmasların təşviq edilməsidir.

Tədbirdə Azərbaycan və KƏŞ üzv dövlətlərinin yüksək vəzifəli rəsmiləri, müvafiq olaraq xarici işlər, iqtisadiyyat, ticarət və sənaye nazirlikləri, ticarət palataları, iş adamları, özəl şirkətləri, suveren fondları və maliyyə-investisiya korporasiyalarının nümayəndələrinin geniş tərkibdə iştirakı nəzərdə tutulur. Forumun təşkili ilə əlaqədar məsələlərin müzakirəsi məqsədilə Xarici İşlər Nazirliyinin nümayəndə heyəti 2016-cı ilin dekabrında KƏŞ-in Ər-Riyadda yerləşən mənzil-qərargahına səfər edib və görüşlər keçirib:

“Azərbaycan Respublikası və KƏŞ arasında təsisatlanmış əməkdaşlığın əsasını 2013-cü ilin iyununda Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Körfəz Əməkdaşlıq Şurasının Baş katibliyi arasında imzalanmış Məsləhətləşmələr Mexanizmi haqqında Anlaşma Memorandumu təşkil edir. İkitərəfli əsasda Azərbaycan Respublikası ilə Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında əməkdaşlıq və qarşılıqlı anlaşmaya əsaslanan ənənəvi dostluq münasibətləri mövcuddur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin “Azərbaycanda İslam Həmrəyliyi İli” elan etməsi, ölkəmizin İslam Həmrəyliyi oyunlarına ev sahibliyi, son illər ərzində KƏŞ üzv dövlətləri ilə Azərbaycan arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, tərəflərin əlaqələrin inkişafı naminə nümayiş etdirdikləri siyasi iradə, turizm və insanlararası təmasların artması əməkdaşlığın inkişafı üçün yeni əlverişli imkanlar yaradır”.

Nazirlik deyib ki, Azərbaycan Respublikası və KƏŞ üzv ölkələri arasında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan strateji və iqtisadi forum hərtərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.

1news.az

Paylaş:
584

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər