Azərbaycan gömrükçüləri ölkədən 1 milyon manata yaxın qızılın çıxarılmasının qarşısını alıb
Dövlət Gömrük Komitəsi ölkədən 990,345 min manat dəyərində 22,4 kiloqram qızıl çıxarılmasının qarşısını alıb.
1news.az Trend-ə istinadən xəbər verir ki, bunu 2016-cı ilin yekunlarına həsr olunmuş iclasda çıxış edən DGK sədrinin birinci müavini Səfər Mehdiyev deyib.
S.Mehdiyevin sözlərinə görə, ötən il həmçinin ölkədən 1,623 milyon dollar, 52 min avro, 1,4 milyon rubl, 156,6 min manat pulun, 446,2 min manat dəyərində zinət əşyalarının və 7,6 karat qiymətli daşın çıxarılmasının qarşısı alınıb.
S.Mehdiyev deyib ki, 2016-cı ilin yekunlarına əsasən 439 nəfər barəsində cinayət işi açılıb və istintaq fəaliyyəti aparılıb:
“267 nəfər barəsində məhkəmə orqanlarına 229 cinayət işi göndərilib. Daha 269 nəfər təqsirli qismində istintaqa cəlb olunub, 145 nəfər barəsində həbs-qətimkan tədbiri, digər 124 nəfər barəsində həbslə bağlı olmayan tədbirlər qəbul edilib”.
1news.az