Akkan Suver: “İslam Həmrəyliyi İli” dünyada sülh və əmin-amanlıq üçün yeni “yol xəritəsi” yaradacaq | 1news.az | Xəbərlər
Siyasət

Akkan Suver: “İslam Həmrəyliyi İli” dünyada sülh və əmin-amanlıq üçün yeni “yol xəritəsi” yaradacaq

16:17 - 24 / 01 / 2017
Akkan Suver: “İslam Həmrəyliyi İli” dünyada sülh və əmin-amanlıq üçün yeni “yol xəritəsi” yaradacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan edilməsi təkcə müsəlman aləmi üçün deyil, bütün dünya üçün tarixi əhəmiyyət daşıyır.

Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver AZƏRTAC-a müsahibəsində “İslam Həmrəyliyi İli” barədə fikir və mülahizələrini bölüşərkən belə deyib. O qeyd edib ki, Prezident İlham Əliyev nəzəriyyə ilə praktikanı müvəffəqiyyətlə əlaqələndirən təcrübəli dövlət xadimidir. Bu mənada “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə cari ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması bir-birini tam şəkildə tamamlayır. Əminliklə qeyd etmək olar ki, hazırda həm nəzəri, həm də praktik baxımdan İslam dünyasının birliyinə nail olmağa ciddi ehtiyac duyulduğu bir vaxtda irəli sürülmüş bu təşəbbüs dünyada sülhün, əmin-amanlığın bərqərar olunması üçün yeni “yol xəritəsi”nin ortaya çıxmasına tarixi şans yaradacaq.

AZƏRTAC-ın müxbirinin “Azərbaycan–Türkiyə qardaşlıq münasibətləri bu təşəbbüs üçün hansı töhfələri vermək imkanındadır” sualını cavablandıran professor Akkan Suver deyib:

“Həlli mümkün olmayan bir sıra beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin reallaşmasının əsas səbəbi məhz Azərbaycan-Türkiyə qardaşlıq münasibətləridir. Hər iki tərəf dünyadakı siyasi-iqtisadi proseslərə təsir etmək imkanındadır. Digər tərəfdən, Azərbaycan və Türkiyə zəngin dini ənənələrə malik ölkələrdir. Məhz bu amillərə söykənərək tərəflər “İslam Həmrəyliyi İli” adı altında dünya ictimaiyyətinə təsirli çağırışlar etmək imkanına malikdirlər. Nəzərə almaq lazımdır ki, son illər Azərbaycan bir sıra beynəlxalq forum və konfranslara uğurla ev sahibliyi etməklə siyasi fikir mərkəzi kimi dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bilib. Heç şübhəsiz, həm dünyanın görkəmli siyasi fikir adamları “İslam Həmrəyliyi İli” çərçivəsində görüləcək işlərə, həm də bu sahədə aparılacaq müzakirələrə böyük maraqla diqqət yetirəcəklər”.

АZƏRTAC

Paylaş:
501

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər