ADNSU-nun üç ixtisası Avropa standartlarına uyğun ixtisaslar olaraq akkreditasiya edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

ADNSU-nun üç ixtisası Avropa standartlarına uyğun ixtisaslar olaraq akkreditasiya edilib

16:49 - 24 / 01 / 2017
ADNSU-nun üç ixtisası Avropa standartlarına uyğun ixtisaslar olaraq akkreditasiya edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tədris olunan üç ixtisas – bakalavr səviyyəsində proseslərin avtomatlaşdırılması mühəndisliyi, elektroenergetika mühəndisliyi, magistratura səviyyəsində isə enerji menecmenti (neft sənayesində) ixtisasları Avropa standartlarına uyğun ixtisaslar olaraq akkreditasiya edilib.

1news.az-a ADNSU-dan verilən xəbərə görə, bu qərar yanvarın 16-da Almaniyanın Təhsil Proqramları üzrə Akkreditasiya Agentliyi (ASİİN) və Mühəndislik üzrə Akkreditasiya üçün Avropa Şəbəkəsi (ENAEE) tərəfindən verilib.

Bu ixtisasların Avropa standartlarına uyğun sayılaraq akkreditasiya edilməsi Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Boloniya prosesinə uyğunlaşdırılması” mövzusunda TEMPUS layihəsi çərçivəsində aparılmış iş sayəsində mümkün olub.

1news.az

Paylaş:
2595

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər