IDEA “Yer saatı” kampaniyasının Azərbaycan üzrə rəsmi koordinator statusunu alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

IDEA “Yer saatı” kampaniyasının Azərbaycan üzrə rəsmi koordinator statusunu alıb

17:36 - 24 / 01 / 2017
IDEA “Yer saatı” kampaniyasının Azərbaycan üzrə rəsmi koordinator statusunu alıb

IDEA İctimai Birliyi növbəti dəfə Dünya Vəhşi Təbiət Fondunun (WWF) "Yer saatı" beynəlxalq kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi koordinator statusunu əldə etmişdir.

Koordinator qismində IDEA 10 illiyini qeyd edən "Yer saatı" kampaniyası çərçivəsində ölkəmizdə kütləvi aksiya və tədbirlərin keçirilməsini planlaşdırır.

 “Yes saatı” dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində işiqların kütləvi söndürülməsi adi bir aksiyası kimi başlanmış “Yer saatı” kampaniyası 2016-cı ildə 178 ölkə, 7000 şəhər və hətta Beynəlxalq Kosmik Stansiyada qeyd edilmişdir.

 “İqlim hərəkatına işıq saçın” şuarı altında keçirilən “Yer saatı” kampaniyası ətraf mühitlə bağlı bir sıra konkret nəticələrə, o cümlədən sosial şəbəkələrdə qlobal maarifləndirmənin artırılması və insanların ətraf mühit fəallarına çevrilməsinə gətirib çıxarmışdır.

Hər il mart ayının son şənbə günündə qeyd olunan "Yer saatı" aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaəti təşviq edirlər.

IDEA İctimai Birliyi 2017-ci il martın 25-də Bakı şəhərində keçiriləcək "Yer saatı" kampaniyasında iştirak etmək istəyən dövlət təşkilatları və özəl qurumlar, eləcə də fiziki şəxsləri İctimai Birliklə əlaqə saxlamağa dəvət edir ([email protected], tel: 012 - 497-63-16).

1news.az

Paylaş:
506

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər