DİN-də ciddi kadr dəyişikliyi: Ramil Usubov əmr imzaladı | 1news.az | Xəbərlər
Rəsmi

DİN-də ciddi kadr dəyişikliyi: Ramil Usubov əmr imzaladı

19:49 - 24 / 01 / 2017
DİN-də ciddi kadr dəyişikliyi: Ramil Usubov əmr imzaladı

Daxili İşlər Nazirliyinin iki yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib.

1news.az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.

Bununla bağlı DİN-də tədbir keçirilib. R. Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib. DİN-in mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, S. Gözəlov 1995-ci ildən DİN-in mətbuat xidmətinə rəhbərlik edib. Bu barədə ilk məlumatı "Haqqin.az" saytı yayıb.

1news.az

Paylaş:
1054

Son xəbərlər

Bütün xəbərlər