Avropa Şurasının baş katibi: “Azərbaycanlı əsgərin meyitinin qaytarılması bir jest olardı” | 1news.az | Xəbərlər
Siyasət

Avropa Şurasının baş katibi: “Azərbaycanlı əsgərin meyitinin qaytarılması bir jest olardı”

20:27 - 24 / 01 / 2017
Avropa Şurasının baş katibi: “Azərbaycanlı əsgərin meyitinin qaytarılması bir jest olardı”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının bugünkü plenar iclasında Avropa Şurasının baş katibi Tyorbörn Yaqland Assambleya üzvləri qarşısında çıxış edərək təşkilatın fəaliyyəti haqqında məlumat verib. Avropa Şurasının baş katibi bir sıra parlamentarın suallarını da cavablandırıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynovun ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində iki azərbaycanlı - Dilgəm Əsgərov və Şahbaz Quliyevi tutaraq girov saxlamaları haqda sualına münasibət bildirən Tyorbörn Yaqland ermənilərin saxladıqları iki azərbaycanlının Azərbaycana qaytarılmasının əlamətdar bir jest ola biləcəyini söyləyib:

“İki azərbaycanlının ermənilər tərəfindən saxlanılması məsələsinə gəldikdə, mən bu məsələni, səhv etmirəmsə iki il əvvəl Ermənistan prezidenti ilə görüşümdə qaldırmışdım. Bundan əlavə, 29 dekabrda tərəflər arasında baş vermiş atəşkəsin pozulması nəticəsində qətlə yetirilmiş azərbaycanlı əsgərin meyitinin qaytarılması məsələsini qaldırmışam. Bu məsələlərdə biz həmişə xalqların, insanların narahatçılığını əsas götürməliyik.

Əlbəttə ki, biz bu münaqişənin sülh yolu ilə həlli yollarını axtaran Minsk prosesinin iştirakçısı deyilik, sülhün bərqərar etmək  səlahiyyətində olan təşkilat deyilik. Amma münaqişələrin humanitar tərəflərinə gəldikdə, biz hər zaman öz töhfəmizi verməyə hazırıq. Tərəflər arasında aparılan danışıqlarda onların Azərbaycana təhvil verilməsi əlamətdar bir jest olardı. Münaqişələr məsələsində tərəflər arasındakı gərginliyin azaldılması naminə hər zaman humanitar jestlərə tərəf irəliləmək lazımdır”, - deyə Tyorbörn Yaqland qeyd edib.

1news.az

Paylaş:
627

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər