Rusiya, Türkiyə və İran birgə əməliyyat qrupunun yaradılmasına dair razılığa gəliblər | 1news.az | Xəbərlər
Dünya

Rusiya, Türkiyə və İran birgə əməliyyat qrupunun yaradılmasına dair razılığa gəliblər

21:05 - 24 / 01 / 2017
Rusiya, Türkiyə və İran birgə əməliyyat qrupunun yaradılmasına dair razılığa gəliblər

Rusiya, Türkiyə və İran fevralda Astanada fəaliyyətə başlayacaq birgə əməliyyat qrupunun yaradılmasına dair razılığa gəliblər.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib:

“Bu qrupun vəzifəsi atəşkəs rejiminə əməl olunmasına nəzarət və hər-hansı pozuntuya yol verilməməsi kimi məsələləri əhatə edəcək”, - deyə o jurnalistlərə bildirib.

Lavrentyevin sözlərinə görə, zərurət yarandıqda, əməliyyat qrupunun işinə həm Suriya Silahlı Qüvvələrinin, həm də silahlı müxalifətin nümayəndələri cəlb olunacaqlar:

“Düşünürəm ki, bu atəşkəs rejiminin möhkəmləndirilməsinə yardım edəcək”, - deyə Lavrentyev qeyd edib.

1news.az

Paylaş:
667

Son xəbərlər

Bütün xəbərlər