Bakının mərkəzi meydanlarından birində hərəkət məhdudlaşdırılıb – XƏRİTƏ
Yanvarın 24-də səhər saatlarından etibarən Bakının Nəsimi rayonunda yerləşən dəmir yolu vağzalının qarşısındakı meydanın hərəkət məhdudlaşdırılıb (28 May metrostansiyası yaxınlığında).
Bu barədə 1news.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib ki, meydan Cəfər Cabbarlı heykəli ilə Dilarə Əliyeva küçələrinin kəsişməsində yeni asfalt örtüyünün çəkilməsilə əlaqədar bağlıdır:
“Asfalt örtüyünün çəkilməsi bir neçə gün davam edəcək. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur”.
1news.az
897