Zakir Həsənov Kasprşiklə hərbi qulluqçumuzun nəşinin geri qaytarılması məsələsini müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Kasprşiklə hərbi qulluqçumuzun nəşinin geri qaytarılması məsələsini müzakirə edib

10:40 - 24 / 01 / 2017
Zakir Həsənov Kasprşiklə hərbi qulluqçumuzun nəşinin geri qaytarılması məsələsini müzakirə edib

Yanvarın 23-də müdafiə naziri Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.

1news.az-ın məlumatına görə, görüşdə qoşunların qarşıdurma xəttində son vəziyyət və atəşkəs rejiminin pozulması halları müzakirə olunub.

Müdafiə naziri keçən ilin dekabr ayının 29-da dövlət sərhədində düşmən təxribatının qarşısı alınarkən şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin geri qaytarılması ilə bağlı konkret və daha ciddi tədbirlərin görülməsinin zəruriliyini qonağın diqqətinə çatdırıb.

Səfir A.Kasprşik öz növbəsində qısa müddət ərzində bu istiqamətdə əlavə tədbirlərin görüləcəyinə və məsələnin tezliklə həll olunacağına əminliyini bildirib.

1news.az

 

Paylaş:
663

Son xəbərlər

Bütün xəbərlər