Sükan arxasında yuxulayan sürücü Bakı-Sumqayıt yolunu dağıtdı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sükan arxasında yuxulayan sürücü Bakı-Sumqayıt yolunu dağıtdı – FOTO

11:59 - 24 / 01 / 2017
Sükan arxasında yuxulayan sürücü Bakı-Sumqayıt yolunu dağıtdı – FOTO

Bakı-Sumqayıt qolunda qəribə qol qəzası baş verib.

1news.az criminal.az-a istinadən xəbər verir ki, yük maşını Abşeron Gənclər Şəhərciyinin qarşısında yoldakı dəmir arakəsməyə çırpılıb.

Maşın bundan sonra da hərəkətinə davam edərək təxminən 100 metrədək dəmir arakəsməni dağıdaraq yoluna davam edib. Xeyli getdikdən sonra sürücü maşını saxlaya bilib. Qəza zamanı xəsarət alan olmayıb. Yoldakı arakəsmənin böyük bir hissəsi sıradan çıxıb.

Qəzanın dəqiq səbəbi bilinməsə də, hadisənin sürücünün sükan arxasında yuxulaması səbəbindən baş verdiyi ehtimal olunur.

1news.az

Paylaş:
720

Son xəbərlər

Bütün xəbərlər