Azərbaycanda siqaret və qəlyanın reklamı qadağan olundu | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanda siqaret və qəlyanın reklamı qadağan olundu

19:21 - 25 / 01 / 2017
Azərbaycanda siqaret və qəlyanın reklamı qadağan olundu

Prezident İlham Əliyev “Tütün və tütün məmulatı haqqında” qanuna edilmiş dəyişikliklərin təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, qanuna edilmiş əlavə və dəyişikliklərə əsasən, tütünün, tütün məmulatının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının və alışqanlarının reklamı qadağandır.

Qanuna əlavə edilən 20.3-cü maddədə isə qeyd olunur ki, tütün və tütün məmulatının istehsalı və ya satışı ilə məşğul olan şəxslər ”Reklam haqqında” qanunun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər.

1news.az

 

Paylaş:
909

Son xəbərlər

Bütün xəbərlər