Azərbaycanlı Rusiyada baş nazirin müavini təyin edilib | 1news.az | Xəbərlər
Dünya

Azərbaycanlı Rusiyada baş nazirin müavini təyin edilib

22:03 - 25 / 01 / 2017
Azərbaycanlı Rusiyada baş nazirin müavini təyin edilib

Həmyerlimiz Fərhad Səmədov Rusiyanın Başqırdıstan Respublikası prezidentinin fərmanı ilə baş nazirin müavini təyin olunub.

1news.az-ın məlumatına görə, soydaşımız Başqırdıstan Respublikasında sənaye, innovasiya proseslərinə, İT-texnologiyalara nəzarət edəcək.

Qeyd edək ki, F.Astan oğlu Səmədov 1959-cu ildə Gürcüstanın Qardabani şəhərində anadan olub. Moskvada Mühəndis-İnşaat İnstitutunu bitirib. Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə 1982-cı ildə Azərbaycanda başlayıb, mühəndis və böyük mühəndis vəzifələrində çalışıb.

1994-1998-ci illərdə “Eksimer” Elm-istehsalat müəssisəsinin baş direktorunun müavini olub. 2000-ci illərin əvvəllərindən başlayaraq 2009-cu ilə qədər Başqırdıstanın iri müəssisələri olan “Kaustik” QSC-yə, “Soda” ASC-yə rəhbərlik edib.

Rusiya Federasiyasının fəxri kimyaçısı olan F.Səmədov Baş nazirin müavini təyin edilənə qədər “Birləşmiş neftkimya şirkəti”nin prezidenti olub.

1news.az

Paylaş:
667

Son xəbərlər

Bütün xəbərlər