SAM-ın “Dağlıq Qarabağ münaqişəsi istiqamətində uğursuz vasitəçilik səyləri: potensial çıxış yolu varmı?” mövzusunda mühazirəsi dərc edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın BƏƏ Strateji Araşdırmalar və Tədqiqat Mərkəzində “Dağlıq Qarabağ münaqişəsi istiqamətində uğursuz vasitəçilik səyləri: potensial çıxış yolu varmı?” mövzusunda etdiyi mühazirə bu Mərkəzin Mühazirələr Seriyası rubrikası altında nəşr edilib.
1news.az-a SAM-dan verilən xəbərə görə, nəşrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupu tərəfindən aparılmış vasitəçilik səylərinin müxtəlif mərhələlərinin əsas məqamları vurğulanmışdır. Eyni zamanda müəllif vasitəçilik səylərinn uğursuzluğuna səbəb olan əsas amilləri müəyyənləşdirərək, onları ətraflı təhlil edib.
1news.az
400