Azərbaycan nümayəndə heyəti İranda səfərdədir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan nümayəndə heyəti İranda səfərdədir

10:59 - 25 / 01 / 2017
Azərbaycan nümayəndə heyəti İranda səfərdədir

Yanvarın  24-də İran İslam Respublikasında Məşhəd şəhərinin 2017-ci ildə “İslam mədəniyyətinin paytaxtı” elan edilməsinin açılış mərasimi baş tutub.

1news.az-ın məlumatına görə, dünyanın 51 ölkəsindən  250-dən çox ictimai-siyasi xadimin, eləcə də İranın ölkə və vilayət rəsmilərinin iştirak etdiyi mərasim Məşhəd şəhərindəki İmam Rza ziyarətgahının Qüds zalında keçirilib.

Tədbirdə ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkili Cavanşir Paşazadə və Naxçıvan Muxtar Respublikasının Dini İşlər üzrə İdarəsinin rəisi Vüqar Babayev təmsil edirlər.

Qeyd edək ki, “İslam mədəniyyəti paytaxtları” proqramını təsdiq edən qətnamə ISESCO-nun təklifi ilə 2001-ci ildə Qətərin paytaxtı Dohada keçirilmiş III konfransında qəbul edilib. Bu sənədə əsasən, İslam mədəniyyətinin paytaxtı İslam Konfransı Təşkilatına üzv olan ölkələrin şəhərləri arasından seçilir. Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk “İslam mədəniyyətinin paytaxtı” elan olunub.

Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın paytaxtı Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı seçilib. 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunmasına dair qərar qəbul edilib. 

1news.az

Paylaş:
548

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər