Cocuq Mərcanlı: Azərbaycan böyük qayıdış üçün ilk addımını atıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Cocuq Mərcanlı: Azərbaycan böyük qayıdış üçün ilk addımını atıb – FOTO

15:55 - 26 / 01 / 2017
Cocuq Mərcanlı: Azərbaycan böyük qayıdış üçün ilk addımını atıb – FOTO

Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində düşmənə sarsıdıcı zərbələr endirildi və torpağımızı işğal olunmuş ərazilərindən bir hissə geri alındı.

Buraya Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının bir hissəsi, ümumilikdə isə min hektara yaxın torpaq işğaldan azad edildi.

Hazırda həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır.

Şanlı qələbə növbəti dəfə istər erməni qəsbkarlarına, istəsə də dünyaya Azərbaycan xalqının və dövlətinin gücünü nümayiş etdirdi. Həmçinin bu, istənilən anda işğal olunmuş torpaqları azad etməklə bağlı Azərbyacanın Silahlı Qüvvələrinin gücünü bir daha göstərdi.

Həmçinin bu, azad olunmuş torpaqların bərpası, eləcə də məcburi köçkünlərin yaxın zamanalrada doğma ocaqlarına qayıtması ilə bağlı Azərbaycan hökumətinin fikirlərini bir daha təsdiqləyir.

Bu gün ermənilərdən azad olunmuş ərazilər Azərbaycan Ordusu tərəfindən nəzarət olunur.

Yaxın günlərdə Azərbaycan Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi. İclas zamanı dövlət başçısı çıxışında bildirib ki, bu ərazilərdə lazımi tədbirlər görüləcək ki, vətəndaşaılrımız oraya qayıtsın və bu proses artıq başlayıb.

İlk addım

Yaxın günlərdə Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilib ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub.

Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.

Bu məqsədlə dövlət başçısı Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayırıb.

Cocuq Mərcanlı

Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. Bu kənd 1993-cü ilin oktyabrında ermənilər tərəfindən işğal olunmuşdu. Lakin Azərbaycanın igid, vətənpərvər oğulları bu doğma yurdu işğal altında çox qalmağa qoymadılar.

1994-cü il yanvarın 5-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi və yaxın hərb tariximizə azadlıq döyüşü kimi yazılan uğurlu Horadiz əməliyyatı zamanı bir gecədə 22 kəndimizlə birgə Cəbrayılın Cocuq Mərcanlı kəndi də işğaldan azad edildi, ermənilər bu kənddən də qovuldular.

İyirmi iki il sonra - 2016-ci ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verməklə tariximizə daha bir şanlı səhifə yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində hektarlarla torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu.

Bu, Cocuq Mərcanlı sakinlərinin təhlükəsizliyini də gücləndirdi. Dövlətimizin başçısının Lələtəpə yüksəkliyinə gəlməsi, torpaqlarımızın müdafiəsində dayanan əsgərlərimizlə görüşməsi onlarda da böyük ruh yüksəkliyi yaratdı.

 “Sonuncu Magikan”

Artıq 23 ildir ki, bu ailə doğma torpaqlarında yaşayır və təsərrüfatla məşğul olur.

Bu, yeddi nəfərdən ibarət Oqtay Həziyevin ailəsidir.

O, deyir ki, Cocuq Mərcanlı kəndi ermənilərdən azad olunandan bəri ailəsi ilə birlikdə burada yaşayır.

“Buradan getməyi düşünmürəm. Bura mənim doğma torpağımdır. Burada yaşayacam, burada da öləcəyəm”.

Onun evinin hasarı erməni güllələrindən dəlmə-deşik olub. Lakin o, deyir ki, düşmənlə üz-üzə dayanmaqdan qorxmur:

“Analar körpələrinə lay-lay oxuyur ki, yatsınlar. Bizdə düşmən gülləsinin səsilə yatmağa öyrəşmişik.

Heç nədən qorxmayaraq sakit yaşayırıq. Təssərüfatla məşğul oluruq, taxılçılıq, heyvandarlıq, quşçuluqla məşğuluq. Burada 600 baş xırdabuynuzlu, 70 baş iribuynuzlu və 300-ə yaxın ev quşlarımız var.

Dövlətimiz hər zaman bizə yardım edir – “Aqrolizinq” QSC-nin köməkliyi ilə texniki avadanlıq verilib. Burada qaz, su, elektrik enerjimiz – bir sözlə normal yaşayır üçün bütüm şəraitimiz var”.

“İndi rahat yatırıq”

Aprel döyüşləri zamanı azad olunmuş Lələtərə yüksəkliyi camaatı rahatlıqla Cocuq Mırcanlıya gələrək doğma torpaqlarında sakit yaşaya bilərlər:

“Lələtəpə yüksəkliyinin azad olunmasından sonra rahat yatırıq və evimizn qapısı hər kəsə açıqdır. Prezidentimiz İlham Əliyevin cəbhəyanı bölgələrə gəlişi, burada əsgər və zabitlərlə görüşü ruh yüksəkliyini, eləcə də tezliklə işğal olunmuş torpaqlarımızın azad olunmasına inamı daha da artırdı”.  

Cocuq Mərcanlının ümumi ərazisi 1605 hektardır. Bunun 1134-ü kənd təsərrüfatı üçün yararlı hesab olunub. Əvvəllər burada 283 ev vardı – 400 ailə, ümumilikdə 1075 nəfər. Buradakı sakinlər əsasən üzümçülük, taxılçılıq, heyvandarlıq və ipəkçililə məşğul olurdu.

Hazırda Cocuq Mərcanlıda 1428 nəfər, eləcə də 395 ev təssərrüfatı qeydiyyata alınıb

Kəndin böyük hissəsi – 172 ailə Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yaşayır.

Hazırda Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi doğma torpaqlarına qayıtmaq istəyən 190 məcburi köçkünə müraciət edib.

Oğruladığının sahibi olmaq mümkün deyil

1news.az-a şərh verən Milli Məclisin deputatları Aydın Mirzəzadə və Rasim Musabəyov dövlət başçısının sərəncamının əhəmiyyətini vurğulayıblar.

“Bunu tarixi addım adlandırardım. Dağlıq Qarabağ münaqişəsinin tarixində ilk dəfə olaraq erməni qəsbkarlarından azad olunmuş yaşayış məntəqəsi bərpa olunacaq və məcburi köçkünlər doğma torpaqlarına qayıdacaq”, - bunu Milli Məclisin Siyasi analiz və proqnozlaşdırma şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının icraçı katibi, siyasət elmləri namizədi Aydın Mirzəzadə bildirib. 

Onun sözlərinə görə, bununla da Azərbaycan nəinki azad olunmuş torpaqlarının bərpası ilə bağlı niyyətini bəlli edir, eləcə də real olaraq buna vəsait ayırır və bu vəsait lazımi anda artırılacaq:

“Bu, istər Ermənistan, istərsə də onu döstəkləyən beynəlxalq dairələr üçün güclü ismarışdır. Onlar bilməlidir ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını azad edilməsi, eləcə də öz vətəndaşlarının maraqlarını müdafiə etmək, suverenlik və ərazi bütövlüyü məsləsində ciddidir”.

 “Oğruladığının sahibi olmaq mümkün deyil. Düşünürəm ki, işğaldan azad olunmuş Ağdam, Laçın, Şuşanın bərpası ilə bağlı dövlət başçısının sərəncamlar imzalaması günü uzaq deyil”.

Aprel döyüşlərinin göstərdiyi kimi, Azərbaycan ciddi surətdə ərazi bütövlüyüyn bərpa olunması  niyyətindədir. Və bunun üçün Azərbaycanın məqsədi, ehtiyatı, prezident tərfindən irəli sürülmüş siyasətini dəstəkləyən xalq var”.

Bu torpağın sahibi– Azərbaycan xalqıdır 

Prezidentin imzaladığı sərəncam göstərir ki, bu torpağın sahibi var. Və bu, Azərbaycan xalqıdır.

Bunu Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bəyan edib.

O, qeyd edib ki, Cocuq Məırcanlı kəndinin bərpası və vətəndaşların təhlükəsiz yaşaması aprel döyüşlərindən sonra Azərbaycan Ordusunun Lələtəpə yüksəkliyiniu tamamilə nəzarətə götürməsindən sonra mümükün oldu:

 “25 ildir ki, Ermənistan torpaqlarımızı işğal altında saxlayır və bütün dünyadan olan erməniləri oraya çağırır. Azərbaycan isə hətta toprağının kiçik hissəsini azad etməklə nümayiş etdir ki, onun həm iradəsi, həm də vəsaiti var. Eləcə də orada əvvəllər də yaşayan insanlar var ki, yenidən həmin topraqlara qayıdaraq rahat yaşamaq istəyir”.

1news.az

Paylaş:
11110

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər